ABŞ-ın ticarət naziri Çinə rəsmi səfər edib

ABŞ-ın ticarət naziri Çinə rəsmi səfər edib Bakı. 2 iyun. REPORT.AZ/ ABŞ-ın ticarət naziri Uilbor Ros Çinlə ticarət münasibətlərinə dair danışıqlar aparmaq üçün bu ölkəyə rəsmi səfər edib.
Biznes
2 İyun , 2018 10:10
ABŞ-ın ticarət naziri Çinə rəsmi səfər edib
ABŞ-ın ticarət naziri Uilbor Ros / Getty Images
0 : 00
0 : 00

Bakı. 2 iyun. REPORT.AZ/ ABŞ-ın ticarət naziri Uilbor Ros Çinlə ticarət münasibətlərinə dair danışıqlar aparmaq üçün bu ölkəyə rəsmi səfər edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, U.Ros danışıqlar zamanı Çinin ABŞ məhsullarını daha çox alması ilə bağlı götürdüyü öhdəliyi də müzakirə edəcək. 

Bu yolla rəsmi Pekin ölkələrarası ticarətdə yaranmış disbalansı aradan qaldırmaq istəyir. 

Ekspertlər hesab edir ki, Çin tərəfi rəsmi Vaşinqtona bir sıra məsələlərdə güzəştə getməyə hazır olsa da, texnoloji məsələlərdə rəqabət aparmaq niyyətindədir. 

Son xəbərlər

Orphus sistemi