ABŞ-ın ən zəngin ailələrinin reytinqi açıqlandı

ABŞ-ın ən zəngin ailələrinin reytinqi açıqlandı ABŞ-ın 50 ən zəngin ailəsinin məcmu varidatı 2015-ci ildən bu yana 30 faiz artaraq 1,2 trilyon dollara çatıb.
Biznes
17 Dekabr , 2020 18:35
ABŞ-ın ən zəngin ailələrinin reytinqi açıqlandı

ABŞ-ın 50 ən zəngin ailəsinin ümumi varidatı 2015-ci ildən bu yana 30 % artaraq 1,2 trilyon ABŞ dollarına çatıb.

“Report” xəbər verir ki, reytinqi “Forbes” jurnalı tərtib edib.

Reytinqə daxil edilmiş ailələrin varidatı 7,3 milyard ABŞ dolları və daha artıq olduğu bildirilib.

Həmin reytinqə “Walmart” onlayn alış-veriş portalında 50 % pay sahibi, 247 milyard ABŞ dolları varidatı olan Uoltonlar ailəsi başçılıq edir. İkinci yerdə “Koch Industries” şirkətində 84 % paya malik, 100 milyard ABŞ dolları ilə Kox ailəsi, üçüncü yerdə “Mars Inc.” şirkətinin sahibi, 94 milyard ABŞ dolları varidata sahib Marslar ailəsi qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi