Bakı. 8 avqust. REPORT.AZ/ ABŞ-ın Çin istehsalı olan mallara tətbiq etdiyi əlavə vergilər avqustun 23-də qüvvəyə minəcək.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Ofisi məlumat yayıb.
Məlumatda deyilir ki, həmin gün Çinin ABŞ-a ixracının dəyəri 50 mlrd. dollara çatacaq. Bunun isə 25%-i vergiyə cəlb ediləcək.