ABŞ-ın aparıcı aviaşirkəti 2 min pilotu işdən çıxarır

ABŞ-ın aparıcı aviaşirkəti 2 min pilotu işdən çıxarır ABŞ-ın “Delta” aviaşirkəti növbəti 6 ayda ticari uçuşların yaxşılaşma ehtimalının olmadığını nəzərə alaraq, oktyabr ayında 1 941 pilotu işdən çıxaracaq.
Biznes
422
25 Avqust , 2020 13:33
ABŞ-ın aparıcı aviaşirkəti 2 min pilotu işdən çıxarır

ABŞ-ın aparıcı aviaşirkəti - “Delta” növbəti 6 ayda kommersiya uçuşları ilə bağlı vəziyyətin yaxşılaşması ehtimalının olmadığını nəzərə alaraq, oktyabr ayında 1 941 pilotunu işdən çıxaracaq.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bunlardan 1 806 pilot könüllü təqaüdə yola salınacaq, digərləri isə uçuşların təxirə salınması ilə əlaqədar ixtisar ediləcək.

Bununla belə, “Delta” bəyan edib ki, Hava Yolları Pilotları Birliyi ilə pilotların məvaciblərinin azaldılması razılaşdırılsa, ixtisarlar təxirə salına bilər.

“6 aydır ki, bu böhranın içindəyik və itkilərimizin yalnız 25%-i qarşılanıb. Təəssüf ki, növbəti 6 ayda bu tendensiyanın dəyişməsini gözləmirik”,-  şirkətin nümayəndəsi Con Lafter deyib.

Son xəbərlər

Orphus sistemi