ABŞ-da avtomobil istehsalı gələn aydan bərpa oluna bilər

ABŞ-da avtomobil istehsalı gələn aydan bərpa oluna bilər ABŞ-ın avtomobil istehsalçıları mayın 18-dən müəssisələrini işə salmaq istəyir.
Biznes
28 Aprel , 2020 15:49
ABŞ-da avtomobil istehsalı gələn aydan bərpa oluna bilər

ABŞ-ın avtomobil istehsalçıları mayın 18-dən müəssisələrini işə salmaq istəyir. 

“Report” bu barədə WSJ nəşrinə istinadən xəbər verir.

Məlumata görə, “General Motors”, “Ford Motors” və “Fiat Crysler Automobiles” kimi iri şirkətlərin rəhbərləri avtomobil sənayesinin həmkarlar ittifaqının rəhbərləri və Miçiqan ştatının qubernatoru ilə müvafiq danışıqlar apardıqdan sonra son günlər istehsal fəaliyyətinə başlamaq barədə müzakirələr aparır.

Yaxın 3 həftə ərzində yeni epidemioloji şərtlərə görə əmək təhlükəsizliyi qaydalarının razılaşdırılacağı gözlənilir. Belə ki, bütün işçilər fərdi qoruma vasitələri ilə təchiz ediləcək, iş yerlərində təmasa yol verməmək üçün lövhələr qurulacaq.

ABŞ-da yerli istehsalçılarla yanaşı, xarici istehsalçılar da aktiv fəaliyyətə keçməyi planlaşdırır. Amma onlarda istehsalın bərpası bir qədər tez olacaq. Belə ki, “Toyota Motor” ABŞ-dakı müəssisələrinin bəzilərini mayın 4-dən, “Honda Motor” isə mayın 11-dən işə salacaq. 

Son xəbərlər

Orphus sistemi