ABŞ Çin mallarına qarşı idxal rüsumlarının tətbiqinə başlayıb

ABŞ Çin mallarına qarşı idxal rüsumlarının tətbiqinə başlayıb Bakı. 6 iyul. REPORT.AZ/ Bu gündən ABŞ hökuməti Çin istehsalı olan 34 mlrd. dollarlıq mala 25%-lik idxal rüsumunun tətbiqinə başlayıb.
Biznes
6 İyul , 2018 09:49
ABŞ Çin mallarına qarşı idxal rüsumlarının tətbiqinə başlayıb
0 : 00
0 : 00

Bakı. 6 iyul. REPORT.AZ/ Bu gündən ABŞ hökuməti Çin istehsalı olan 34 mlrd. dollarlıq mala 25%-lik idxal rüsumunun tətbiqinə başlayıb. 

"Report"un məlumatına görə, bu barədə açıqlama verən Donald Tramp bildirib ki, ABŞ gələcəkdə dəyəri 500 mlrd. dollardan çox olan Çin mallarına qarşı idxal rüsumlarını qaldıra bilər.

Çin rəsmiləri isə bəyan ediblər ki, ABŞ onlara qarşı iqtisadi əlaqələrin tarixində görünməmiş ticarət müharibəsi başlayıb və bu ticarət qanunlarının pozulmasıdır. 

"Çin zərbəni birinci endirməyəcəyi barədə öhdəlik götürüb. Lakin milli maraqları qorumaq üçün ABŞ-a qarsı cavab addımları atılacaq", - Çinin Kommersiya Nazirliyinin rəsmisi qeyd edib. 

Son xəbərlər

Orphus sistemi