ABŞ aviaşirkətləri hökumətdən 50 milyard dollar istəyir

ABŞ aviaşirkətləri hökumətdən 50 milyard dollar istəyir Koronavirus pandemiyası səbəbi ilə milyardlarla dollar itirən ABŞ aviaşirkətləri yardım üçün hökumətə müraciət edib.
Biznes
17 Mart , 2020 16:13
ABŞ aviaşirkətləri hökumətdən 50 milyard dollar istəyir

Koronavirus pandemiyası səbəbi ilə milyardlarla dollar itirən ABŞ aviaşirkətləri yardım üçün hökumətə müraciət edib.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “Airlines for America” (A4A) ticarət assosiasiyası məlumat yayıb.

“Şirkətlər ümumilikdə dövlətdən təqribən 50 milyard ABŞ dolları alacaqlarına ümid edir”, - “The Wall Street Journal” mənbələrinə istinadən yazıb.

Bu, 11 sentyabr 2001-ci il terror hücumlarından sonra Amerika aviasiya sənayesinə lazım olan vəsaitdən üç dəfə çoxdur. 2008-ci ildə qlobal maliyyə böhranı dövründə isə ABŞ hökuməti aviasənayeyə təxminən 80 milyard ABŞ dolları ayırmışdı.

“Hazırda sənaye nümayəndələri prezident administrasiyası ilə maddi dəstəyin hansı formada veriləcəyinin təfərrüatlarını müzakirə edir. Bu, kreditlər, qrantlar və ya vergi ödənişlərdən azad olmalar formasında ola bilər”, - nəşrin mənbəyi açıqlayıb.

Eyni zamanda ABŞ prezidenti Donald Tramp hökumətin biznesə dəstək verməyə hazır olduğunu söyləyib. “Aviaşirkətləri 100% dəstəkləyəcəyik. Bunu etməliyik. Bu, onların səhvi deyil”, - D.Tramp bazar ertəsi mətbuat konfransında bildirib.

Son xəbərlər

Orphus sistemi