ABŞ 89 Çin şirkətinə ixrac qadağası tətbiq edib

ABŞ 89 Çin şirkətinə ixrac qadağası tətbiq edib Bu addım ABŞ və Çin arasındakı ticarət və digər sahələrdəki gərginliyi daha da artıracaq
Biznes
23 Noyabr , 2020 19:04
ABŞ 89 Çin şirkətinə ixrac qadağası tətbiq edib

Tramp administrasiyası hərbi əlaqələrinə görə ABŞ-dan texnologiya ixrac edə bilməyəcək 89 Çin aerokosmik və digər sahələrdə ixtisaslaşan şirkətlərinin adını açıqlamağa hazırlaşır ki, bu da Co Bayden prezidentliyi təhvil almasına az qalmış ABŞ-Çin münasibətlərində gərginliyi artıra bilər.

“Report” bu barədə “Reuters”ə istinadən xəbər verir.

“Reuters” ABŞ Ticarət Departamentinin layihəsinə istinadən xəbər verir ki, bu şirkətlər arasında “China Ltd”nin törəməsi “Commercial Aircraft Corp”da var. Bildirilir ki, bu bəyanat Çin şirkətlərinin ABŞ mallarını və texnologiyalarını satın almasını məhdudlaşdıracaq. Bu addım ABŞ və Çin arasındakı ticarət və digər sahələrdəki gərginliyi daha da artıracaq.

“The Aviation Industry Corporation of China” (AVIC) 100-dən çox filialı və 450 mindən çox işçisi olan dövlətə məxsus bir konglomeratdır. İyun ayında Tramp rəhbərliyi, AVIC-ı Çin Xalq Qurtuluş Ordusunun nəzarətində və ya sahibi olduğunu söylədiyi şirkətlər siyahısına salıb. Şirkət eyni zamanda Amerika şirkətləri ilə birgə müəssisələr tərəfindən hazırlanan hissələrlə yığılan təyyarələr və Jet istehsal edir.

Dövlətə məxsus “Comac” “Boeing” və “Airbus”ın təyyarələrinə alternativ təyyarələr istehsal edir. Şirkət “Boeing 737” və “Airbus A320” ilə rəqabət etmək üçün dizayn edilmiş tək keçidli bir model istehsal edir və geniş gövdəli bir təyyarənin inkişafının ilk mərhələsindədir.

“Boeing” şirkətinin proqnozuna görə, Çinin kommersiya aviasiya bazarının gələcək 20 ildə 1,4 trilyon ABŞ dolları dəyərində 8,6 min təyyarə alacaq.

Xüsusi ilə, risk altında olan şirkətlərdən biri “Comac”ın tədarükçüsü “General Electric”dir. Hazırda “Comac” sınaqda olan “C919” dar gövdəli təyyarə üçün “General Electric” və “Fransanın Safran” şirkətin ortaq müəssisəsi (50 %- 50 %) “CFM International”ın mühərriklərindən istifadə edir.

ABŞ siyahısı, bu ayın əvvəlində Trump vəzifədəki son aylarında Pekinə təzyiqləri artırmaq üçün orduya məxsus və ya nəzarət etdiyi Çin firmalarına amerikan investisiyaların qadağan edən əmrindən sonra hazırlanıb.

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası, Çin şirkətlərini ABŞ birjalarından qovmaq üçün plan hazırlayır və bu ilin sonuna qədər ABŞ-ın tələblərinə uyğunlaşmayan şirkətləri listinq siyahısından çıxartmaq üçün tənzimləmə təklif etməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi