Abdolbari Gözəl uğurlu sahibkar olmağın formulunu açıqlayıb

Abdolbari Gözəl uğurlu sahibkar olmağın formulunu açıqlayıb “Azərsun Holdinq” MMC-nin prezidenti, bank nümayəndələrindən və sahibkarlardan ibarət İctimai Şuranın sədri Abdolbari Gözəl (Abdolbari Goozal) sahibkarlıq fəaliyyəti zamanı uğur qazanmaq istəyən gənclərə tövsiyələrini verib.
Biznes
15 Mart , 2022 10:15
Abdolbari Gözəl uğurlu sahibkar olmağın formulunu açıqlayıb

“Azərsun Holdinq” MMC-nin Müşahidə Şurasının sədri, bank nümayəndələrindən və sahibkarlardan ibarət İctimai Şuranın sədri Abdolbari Gözəl (Abdolbari Goozal) sahibkarlıq fəaliyyəti zamanı uğur qazanmaq istəyən gənclərə tövsiyələrini verib.

O, “Report”a müsahibəsində deyib ki, biznes fəaliyyətində nailiyyət qazanmaq üçün 3 əsas şərtə əməl edilməlidir: "Təbii ki, hər bir uğurlu sahibkar fərqli yollardan keçib, fərqli çətinliklər görüb və zirvəyə yetişib. Yəni hamının keçəcəyi bir yol yoxdur. Amma mən özümü örnək versəm, onlara tövsiyə edərəm ki, indidən sözləri bir olsun. Sözü dedi kəlləsi ilə bir olsun. Dürüst olsun! Atdığı addımda başqaları zərər görməsin, əksinə xeyir görsün!

Bu 3 məsələni özlərinə hədəf götürsünlər! Məncə bunlara riayət edən gənc qabağa gedəcək”.

Müsahibəni buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi