Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının iclası keçirilib

Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının iclası keçirilib Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycanla Vyetnam arasında iqtisadi, ticarət, elmi və texniki əmək üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib.
Biznes
20 İyun , 2018 12:33
Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının iclası keçirilib
Report
0 : 00
0 : 00

Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycanla Vyetnam arasında iqtisadi, ticarət, elmi və texniki əmək üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib.

"Report" xəbər verir ki, iclas komissiyanın həmsədrləri - Azərbaycanın energetika naziri Pərviz Şahbazovun və Vyetnamın ticarət naziri Tran Tuan Ahın iştirakı ilə baş tutub. 

İclasda Şərq-Qərb, Şimal-Cənub enerji və nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycanın həyata keçirdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər infrastruktur layihələrindən bəhs edilib. 

Bundan başqa, bildirilib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin məbləği 101 mln. ABŞ dolları olub. Azərbaycandan Vyetnama ixrac 55 mln. dollar, Vyetnamdan idxal isə 46 mln. dollar təşkil edib. 

Tərəflər neft-qaz sahəsində yeni texnologiyaların tətbiqi, enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirib.  

İclasın yekununda protokol imzalanıb. Komissiyanın həmsədrlərinin imza atdığı sənəd siyasi, ticarət, investisiya, enerji, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya, yüksək texnologiyalar, mədəniyyət ,idman, elm, təhsil ətraf mühitin mühafizəsi və digər sahələrdə əməkdaşlığı əhatə edir.

Son xəbərlər

Orphus sistemi