3-cü Könüllü Milli Hesabatın təqdimatı olub

3-cü Könüllü Milli Hesabatın təqdimatı olub Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasının himayəsi ilə Yüksək Səviyyəli Siyasi Forum keçirilib.
Biznes
14 İyul , 2021 17:38
3-cü Könüllü Milli Hesabatın təqdimatı olub


Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasının himayəsi ilə Yüksək Səviyyəli Siyasi Forum keçirilib.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, Dayanıqlı İnkişaf Məqsədlərini Forum çərçivəsində DİM-lərin icrası istiqamətində görülmüş işlər barədə Azərbaycanın 3-cü Könüllü Milli Hesabatının təqdimatı olub. Təqdimatı Azərbaycan Hökuməti adından Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov edib.

Azərbaycan bu il dünyada 10 ölkədən biri olmaqla, regionda və MDB məkanında ilk dəfə Üçüncü Könüllü Milli Hesabat təqdim edir.

BMT-nin müəyyən etdiyi tematik mövzuyua uyğun olaraq hazırlanmış hesabatda siyasət və maarifləndirmə işləri, 2030-cu il Gündəliyinin icrasına pandemiyanın təsirləri və bu təsirlərin minimallaşdırılması tədbirləri, DİM-lər üzrə əldə olunan tərəqqi və s. əksini tapıb.

Hesabatın təqdimatı zamanı Ə.Əhmədov ötən dövr ərzində ölkəmizdə DİM-lərin icrası sahəsində görülmüş işlər, səhiyyə sisteminin gücləndirilməsi, iqtisadi fəallığın bərpası, qeyri-neft sektorunun dinamik artımının təmin edilməsi, milli innovasiya sisteminin inkişafı istiqamətində atılan addımlar barədə məlumat verib. O, qeyd edib ki, dayanıqlı inkişaf üzrə məlumatların toplanması və təhlili davamlı olaraq təkmilləşdiriləcək, DİM Maliyyələşdirmə Mexanizminin yaradılması kimi məsələlər diqqətdə saxlanılacaq.

Tədbirdə Dayanıqlı İnkişaf Platformasının həyata keçirilməsində sülhün və sabitliyin rolu vurğulanıb. 2020-ci ilin noyabrında Ermənistanla Azərbaycan arasında münaqişənin sona çatmasının regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasına, iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmağa, Azərbaycanın və bütövlükdə, regionun inkişafına böyük təkan verəcəyi diqqətə çatdırılıb. Eyni zamanda, növbəti mərhələdə Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətini ölkəmizin işğaldan azad edilmiş və dağıntıya məruz qalmış bölgələrinin yenidən qurulmasının, məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıdışının təşkil edəcəyi bildirilib.

Son xəbərlər

Orphus sistemi