BMTİP nümayəndəsi Azərbaycanda tərəfdaşlıq sənədi çərçivəsində icra edilən işləri açıqlayıb

BMTİP nümayəndəsi Azərbaycanda tərəfdaşlıq sənədi çərçivəsində icra edilən işləri açıqlayıb 2016-2020-ci illər üçün BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi çərçivəsində təkcə 2018-ci ildə 60 mln kvadratmetr torpaq sahəsi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.
Biznes
3 May , 2019 12:06
BMTİP nümayəndəsi Azərbaycanda tərəfdaşlıq sənədi çərçivəsində icra edilən işləri açıqlayıb

"2016-2020-ci illər üçün BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi" çərçivəsində təkcə 2018-ci ildə 60 mln kvadratmetr torpaq sahəsi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib". 

Report xəbər verir ki, bu barədə BMTİP-in rezident nümayəndəsi səlahiyyətlərini icra edən Alessandro Fracassetti istiqamətləndirici komitənin iclasında deyib.

Sənəddə deyilir ki, 26 qaçqın və ya vətəndaşlığı olmayan şəxs iş tapıb: "Şəki cəzaçəkmə müəssisəsi daxilində 3 sahibkarlıq fəaliyyəti yaradılıb. Bundan əlavə 97 gənc işlə təmin edilib ki, onların 52%-i qadındır. Həmçinin 12 qaçqın yaxud vətəndaşlığı olmayan şəxs Dövlət Məşğulluq Mərkəzi tərəfindən qeydiyyata alınıb. O cümlədən 69 məhbusa və 40 nəfər əlilliyi olan şəxslərə pulsuz hüquqi yardım göstərilib".

Son xəbərlər

Orphus sistemi