​2015-ci ildə qlobal iqtisadi artım təxminən ötənilki səviyyədə qalacaq

​2015-ci ildə qlobal iqtisadi artım təxminən ötənilki səviyyədə qalacaq Bu barədə BMT-nin Ticarət və inkişaf üzrə Konfransının (UNCTAD) yeni hesabatında deyilir
Biznes
7 Oktyabr , 2015 12:29
​2015-ci ildə qlobal iqtisadi artım təxminən ötənilki səviyyədə qalacaq

Bakı. 7 oktyabr. REPORT.AZ/ 2015-ci ildə qlobal iqtisadi artım təxminən ötənilki səviyyədə qalacaq və 2,5% təşkil edəcək. "Report" BMT xəbər mərkəzinə istinadən bildirir ki, bu barədə BMT-nin Ticarət və inkişaf üzrə Konfransının (UNCTAD) yeni hesabatında deyilir.

Ümumiyyətlə 2015-ci ildə iqtisadi artım böhrandan əvvəlki illərdəki orta göstəricidən xeyli aşağı olacaq.

UNCTAD-ın başçısı Muhisa Kituyi bildirib ki, maliyyə böhranından səkkiz il keçməsinə baxmayaraq, dünya hələ də davamlı iqtisadi inkişaf yoluna qədəm qoya bilməyib.

2015-ci ildə inkişaf etmiş ölkələrdə iqtisadi artımın 1,9 % təşkil edəcəyi gözlənilir. 2014-cü ildə bu göstərici 1,6 % təşkil edib. Bəzi inkişaf etmiş ölkələrdəki iqtisadi canlanmanı ekspertlər enerji daşıyıcıları qiymətlərinin aşağı düşməsi və mənzil qiymətlərinin yüksək olması səbəbindən daxili tələbatın artması, eləcə də Almaniya, Böyük Britaniya və ABŞ-da işsizliyin azalması ilə bağlı olduğunu qeyd edirlər.

2015-ci ilin ortalarından bu yana qlobal maliyyə bazarlarına Braziliya, Rusiya Federasiyası və Cənubi Afrikadakı iqtisadi böhran və Çin iqtisadiyyatında nəzərə çarpan zəifləmə əlamətləri təsir etməyə başlayıb.

2015-ci ildə inkişaf etməkdə olan ölkələrdə ümumi iqtisadi artım 4%-ə qədər düşəcək.

Beynəlxalq ticarət bu il zəif olub, xam mal qiymətləri kəskin şəkildə aşağı düşüb. Ən kəskin şəkildə ucuzlaşma xam neftin qiymətlərində müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi