​200-dən çox azərbaycanlı iş adamı Latviya vətəndaşlığı almaq üçün müraciət edib

​200-dən çox azərbaycanlı iş adamı Latviya vətəndaşlığı almaq üçün müraciət edib Onlar vətəndaşlıq müqabilində bu ölkəyə sərmayə yatırıblar
Biznes
19 Sentyabr , 2015 08:17
​200-dən çox azərbaycanlı iş adamı Latviya vətəndaşlığı almaq üçün müraciət edib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Latviyada əcnəbi investorların sərmayə yatırımı müqabilində vətəndaşlıq almasına imkan verən "İmmiqrasiya haqqında" Qanuna düzəlişlərdən sonra ilk 5 il ərzində ölkəyə 1,312 milyard avro həcmində vəsait daxil olub.

"Report" xəbər verir ki, bu rəqəmi "bn.ru" portalına müsahibəsində Latviyanın Vətəndaşlıq və Miqrasiya İşləri üzrə İdarəsinin müdir müavini Mayra Roze səsləndirib.

Onun sözlərinə görə, bu həcmin 1,093 milyard avrosu vətəndaşlıq almaq üçün müraciət edən əcnəbilər tərəfindən Latviyada daşınmaz əmlak alınmasına xərclənib. Bundan əlavə, 148 mln. avro "Latviya banklarının subordinasiyalı kapitalına əmanət" maddəsi üzrə sərf olunub, təqribən 71 mln. avro isə Latviya şirkətlərinin kapitalına yatırım üçün xərclənib.

Proqramın ilk 5 illik icra müddəti ərzində 16 min 295 nəfər pasport almaq üçün ərizə verib. Müraciət edənlərin 255 nəfəri Azərbaycan vətəndaşıdır. Siyahıda birinci yerdə 11 min 194 nəfərlə Rusiya qərarlaşıb. İlk onluqda Çin (1315 nəfər), Ukrayna (1248), Özbəkistan (671), Qazaxıstan (596), Belarus (328), İsrail (73), ABŞ (52) və Gürcüstanın (48) adı var. Ümumilikdə 53 ölkənin nümayəndəsi Latviya vətəndaşlığı almaq üçün müraciət edib.

Son xəbərlər

Orphus sistemi