20 000-ci “Lamborghini Urus” avtomobili Bakıda sahibinə təhvil verilib

20 000-ci “Lamborghini Urus” avtomobili Bakıda sahibinə təhvil verilib .
Biznes
6 Avqust , 2022 14:34
20 000-ci “Lamborghini Urus” avtomobili Bakıda sahibinə təhvil verilib

Böyük marağa səbəb olan "Lamborghini Urus" krossoverinin yubiley nüsxəsi alıcısına təqdim olunması üçün Azərbaycana göndərilib.

Artıq 2022-ci ilin I rübü Lamborghini üçün rekord sayıla bilər. İtaliya markası müştərilərə nəinki 2020-ci il (+ 31%), həm də 2021-ci il (+ 5%) göstəricisini keçərək 2 539 avtomobil təhvil verib. Üç ayda "Countach"ın 16 illik istehsalından daha çox avtomobil satılıb və onlardan təxminən yarısını "Urus" krossoveri təşkil edib. Onun 2018-ci ildə satışa çıxmasına baxmayaraq, “Lamborghini” artıq "20 000"-ci avtomobilin təqdimatını qeyd edir.

Şirkətin hesablamalarına görə, müştəri krossoverləri 360 milyon kilometr məsafə qət ediblər. "Dünya turu"nun bazar buraxılışından əvvəlki dövrdə "Urus" dörd ay ərzində 114 şəhəri səyahət edib. Bütövlükdə avtomobil Yaponiya və İslandiya, Sardiniya adası, Portuqaliyanın Nazare çimərliyi, Altayı səyahət etmiş, dünyanın ən yüksək dağlıq avtomobil yolu olan Umlinq La aşırımını (5 798,251 m) keçmişdir. 2021-ci ildə isə "Urus" Baykal gölündə buz üzərində sürət rekorduna imza atıb.

Qara əyləc supportları və panoram damı olan bənövşəyi "Viola Mithras" rəngli "Urus" krossoveri 650 at qücü və 850 Nm fırlanma anı hasil edən 4 litrlik "V8 biturbo" mühərriki və ANIMA idarəetmə rejimləri sistemi ilə təchiz edilib. Avtomobil 100 km/saat həddinə 3,6 saniyəyə, 200 km/saat həddinə isə 12,8 saniyəyə sürətlənir. Krossoverin maksimal sürəti 305 km/saatdır.

“Lamborghini Urus” krossoverini alıcısına təhvil vermək üçün “Lamborghini Baku” möhtəşəm təqdimetmə mərasimi təşkil edib. Bir çox tanınmış simaların da qatıldığı tədbirdən bəzi görüntüləri sizinlə paylaşırıq.

Son xəbərlər

Orphus sistemi