12 yerli şirkət üçün xarici bazar araşdırmaları aparılıb

12 yerli şirkət üçün xarici bazar araşdırmaları aparılıb İqtisadiyyat Nazirliyi və onun yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, qeyri-neft məhsullarının ixracı üçün yeni və mövcud ixrac bazarlarına çıxış imkanlarının tədqiqi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə xarici bazar araşdırmaları ilə bağlı ixracatçıların müraciətlərinin qəbulunu başa çatdırıb.
Biznes
13 İyun , 2020 17:25
12 yerli şirkət üçün xarici bazar araşdırmaları aparılıb

İqtisadiyyat Nazirliyi və onun yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, qeyri-neft məhsullarının ixracı üçün yeni və mövcud ixrac bazarlarına çıxış imkanlarının tədqiqi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə xarici bazar araşdırmaları ilə bağlı ixracatçıların müraciətlərinin qəbulunu başa çatdırıb. 

"Report" bu barədə Nazirliyə istinadən xəbər verir. 

Məlumata görə, ixracatçıların müraciətləri üzrə müsabiqənin nəticələrinə əsasən, sahibkarlıq subyektləri tərəfindən təqdim olunmuş konkret istiqamətlər nəzərə alınmaqla 12 yerli şirkət üçün Çinin quru meyvə və şərab məhsulları bazarları, Qazaxıstanın alkoqollu içkilər bazarı, Rusiyanın quru meyvələrdən hazırlanmış çips, nar şirəsi, faraş pomidor, qara çay, gilas bazarları, İngiltərənin qurudulmuş xurma bazarı, İsrailin qənnadı məmulatları bazarı, Belçikanın fındıq bazarı, Səudiyyə Ərəbistanının ağac kömürü bazarı araşdırılıb. Araşdırmalar məhsulların istehsal, ixrac və istehlak həcmi, artım tempi, bazarların rəqabət vəziyyəti, inkişaf dinamikası, əsas iştirakçıları, mövcud dinamika, qiymətlər və s. məsələləri əhatə edir.

Bazar araşdırmalarının nəticələri həmin yerli şirkətlərə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi