Əfqanıstanın yeni səfiri Azərbaycana noyabr ayında gələcək

Əfqanıstanın yeni səfiri Azərbaycana noyabr ayında gələcək Məhəmməd Tağı Xəlili buna qədər Əfqanıstanın BMT-də daimi nümayəndəsinin müavini vəzifəsini tutub
Xarici siyasət
27 Oktyabr , 2014 18:23
Əfqanıstanın yeni səfiri Azərbaycana noyabr ayında gələcək

Bakı. 27 oktyabr. REPORT.AZ/ Əfqanıstanın Azərbaycana yeni təyin olunan səfiri Məhəmməd Tağı Əlili Bakıya noyabr ayında gəlməyi planlaşdırır. 

Əfqanıstanın Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, yeni səfir Azərbaycan prezidentinə etimadnamələrini təqdim etdikdən sonra öz vəzifələrinin icrasına başlayacaq.  

Səfir təyin olunmamışdan əvvəl M.T.Xəlili Əfqanıstanın BMT-də daimi nümayəndəsinin müavini vəzifəsini tutub.

Qeyd edək ki, hazırda  Əfqanıstanın Azərbaycandakı diplomatik missiyasına Miraslam Vazeri rəhbərlik edir.  

Son xəbərlər

Orphus sistemi