Zimbabve Prezidentinin Azərbaycana səfəri başa çatıb

Zimbabve Prezidentinin Azərbaycana səfəri başa çatıb Bakı. 19 yanvar. REPORT.AZ/ Zimbabve Prezidenti Emmerson Mnanqaqvanın Azərbaycana işgüzar səfəri yanvarın 19-da başa çatıb.
Xarici siyasət
19 Yanvar , 2019 16:17
Zimbabve Prezidentinin Azərbaycana səfəri başa çatıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Zimbabve Prezidenti Emmerson Mnanqaqvanın Azərbaycana işgüzar səfəri yanvarın 19-da başa çatıb.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

E.Mnanqaqvanı hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar.

Son xəbərlər

Orphus sistemi