Zimbabve Prezidenti Azərbaycana səfər edəcək

Zimbabve Prezidenti Azərbaycana səfər edəcək Bakı. 9 yanvar. REPORT.AZ/ Zimbabve Prezidenti Emmerson Mnanqaqva Azərbaycana səfər etməyi planlaşdırır.
Xarici siyasət
9 Yanvar , 2019 09:57
Zimbabve Prezidenti Azərbaycana səfər edəcək
REUTERS/Denis Balibouse

Bakı. 9 yanvar. REPORT.AZ/ Zimbabve Prezidenti Emmerson Mnanqaqva Azərbaycana səfər etməyi planlaşdırır.

"Report" yerli "NewsdzeZimbabwe" nəşrinə istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin Prezidentinin mətbuat katibi Corc Çaramba məlumat verib.

Qeyd olunur ki, E.Mnanqaqva həmçinin Rusiya, Belarus və Qazaxıstana səfər edəcək, eləcə də Davosda keçiriləcək iqtisadi foruma qatılacaq.

"Azərbaycan və Qazaxıstan zəngin karbohidrogen ehtiyatına malik, sürətli inkişaf edən ölkələrdir. Bundan başqa, energetika və turizm baxımından maraqlı ölkələrdir", - C.Çaramba bildirib.

Prezidentin mətbuat katibi həmçinin bildirib ki, Zimbabve Azərbaycanla tütün sənayesi və tikinti sahəsində əməkdaşlığa ümid edir.

Son xəbərlər

Orphus sistemi