Yunanıstanda Azərbaycan Gəncləri Həftəsi təşkil edilib

Yunanıstanda Azərbaycan Gəncləri Həftəsi təşkil edilib Məqsəd iki ölkə arasında gənclər sahəsində əməkdaşlığı inkişaf etdirmək olub
Xarici siyasət
7 İyun , 2016 10:04
Yunanıstanda Azərbaycan Gəncləri Həftəsi təşkil edilib

Bakı. 7 iyun. REPORT.AZ/ Azərbaycanın Yunanıstandakı səfirliyi, Gənclər və İdman Nazirliyi, Krit bölgəsinin bələdiyyəsi və Pirey bələdiyyəsi tərəfindən Yunanıstanın Afina şəhəri, eləcə də Krit bölgəsinin Xanya, Retimno, İraklion və Sitia şəhərlərində Azərbaycan Gəncləri Həftəsi təşkil edilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, gənclər həftəsi may ayının 30-dan iyun ayının 6-dək keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd iki ölkə arasında gənclər sahəsində əməkdaşlığı inkişaf etdirmək, milli-mənəvi dəyərlərimizi, musiqi və rəqslərimizi xarici ölkədə təbliğ etmək, ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaq idi.

Tədbir zamanı Gənclər və İdman Nazirliyinin xətti ilə Yunanıstanın Afina şəhərinə ezam edilmiş gənc musiqiçilər, muğamlardan ibarət kompozisiya ifa edib, “Cəngi”, “İgidlər”, “İnnabı”, “Naz eləmə” və digər milli rəqslərimizi nümayiş etdirib, Üzeyir Hacıbəyov, Tofiq Quliyev və digər bəstəkarlarımızın əsələrini ifa ediblər.

Bununla yanaşı, 31 may tarixində gənc musiqiçilər Afina Konservatoriyasında əcnəbi musiqiçilər üçün “Azərbaycan milli musiqi alətləri” mövzusunda ustad dərsləri keçib, milli musiqi, Azərbaycan rəqslər, muğamlar haqqında geniş məlumat veriblər.

Son xəbərlər

Orphus sistemi