XİN: Türkiyə Ermənistanı atəşi dayandırmağa çağırıb

XİN: Türkiyə Ermənistanı atəşi dayandırmağa çağırıb “Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsidə həlli üzrə səylərini davam etdirir”
Xarici siyasət
2 Aprel , 2016 21:49
XİN: Türkiyə Ermənistanı atəşi dayandırmağa çağırıb

Bakı. 2 Aprel. REPORT.AZ/ Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın aprelin 1-dən 2-nə keçən gecə Azərbaycana qarşı yönələn hərəkətlərini pisləyir.

“Report” xəbər verir ki, bu barədə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginliklə bağlı Türkiyə XİN-in rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Bəyanatda Ermənistana atəşi dayandırmaq və barışığa riayət etmək çağırışı yer alıb. Həmçinin xarici siyasət idarəsi həyatlarını itirən şəhidlərin ailələrinə başsağlığı verib.

“Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsidə həlli üzrə səylərini davam etdirir”, - deyə XİN-in bəyanatında bildirilib.

Son xəbərlər

Orphus sistemi