XIN: İtaliyadakı zəlzələdə ölən və yaralananlar arasında azərbaycanlıların olması barədə məlumat daxil olmayıb

XIN: İtaliyadakı zəlzələdə ölən və yaralananlar arasında azərbaycanlıların olması barədə məlumat daxil olmayıb Azərbaycanın İtaliyadakı səfirliyi hadisədən sonra araşdırma aparıb
Xarici siyasət
25 Avqust , 2016 14:16
XIN: İtaliyadakı zəlzələdə ölən və yaralananlar arasında azərbaycanlıların olması barədə məlumat daxil olmayıb

Bakı. 25 avqust. REPORT.AZ/ İtaliyada baş verən güclü zəlzələ nəticəsində ölən və yaralanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat daxil olmayıb.

Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

Xatırladaq ki, zəlzələ nəticəsində İtaliyanın mərkəzində yerləşən bir çox şəhərə ciddi ziyan dəyib, 247 nəfər ölüb, 300-dən çox insan xəsarət alıb. Hadisə baş verəndən sonra Azərbaycanın İtaliyadakı səfirliyi bu ölkənin müvafiq qurumları ilə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması ilə bağlı araşdırma aparırdı. 

Son xəbərlər

Orphus sistemi