Bakı. 1 avqust. REPORT.AZ/ Türkiyədən Naxçıvana hərəkət edən və PKK terrorçuları tərəfindən saxlanılan avtobusda olan sərnişinlər, o cümlədən Azərbaycan vətəndaşları arasında ölən və yaralanan yoxdur. Bunu "Report"a Azərbaycan
Onun sözlərinə görə, Türkiyə hüquq-mühafizə orqanları tərəfindən verilən məlumata əsasən, hadisə İğdır və Qars vilayətləri arasında yerləşən Kağızman rayonunda baş verib: "Azərbaycan vətəndaşlarının sayı Azərbaycanın Türkiyədəki səfirliyi və Qarsdakı baş konsulluğu tərəfindən bu ölkənin hüquq-mühafizə orqanları ilə birgə müəyyənləşdirilir".
H.Hacıyev bildirib ki, Azərbaycanın Türkiyədəki səfirliyi və Qarsdakı baş konsulluğu məsələni daim nəzarətdə saxlayır. Bildirilib ki, hadisənin iştirakçısı olmuş Azərbaycan vətəndaşları konsulluq məsələləri ilə əlaqədar operativ qaydada Qarsdakı baş konsulluqda yaradılmış "qaynar xətt"lə əlaqə saxlaya bilərlər: +9005380383870 və +904742231361.