​XİN başçısı: "Azərbaycan və Gürcüstan beynəlxalq arenada bir-birinə dəstək verir"

​XİN başçısı: "Azərbaycan və Gürcüstan beynəlxalq arenada bir-birinə dəstək verir" Elmar Məmmədyarov Bakıda səfərdə olan Gürcüstanın xarici işlər naziri Giorgi Kvirikaşvili ilə görüşüb
Xarici siyasət
19 Oktyabr , 2015 15:54
​XİN başçısı: Azərbaycan və Gürcüstan beynəlxalq arenada bir-birinə dəstək verir

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətləri var və iki ölkə arasındakı bu münasibətlər gündən-günə güclənir".

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan gürcüstanlı həmkarı Giorgi Kvirikaşvili ilə birgə keçirdikləri brifinqdə bildirib. 

Onun sözlərinə görə, iki ölkə beynəlxalq aləmdə bir-birinə dəstək verir.

Məmmədyarov görüşdə iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu deyib. "Biz Bakı-Tbilisi-Qars layihəsini müzakirə etdik. Gürcüstanda artıq bu layihə üzrə tikinti işləri başa çatıb. İndi Türkiyə ərazisində işlərin tamamlanmasını gözləyirik. İlin sonunda biz bu layihəni dünyaya təqdim etmək niyyətindəyik".

Azərbaycan XİN başçısı görüşdə iki ölkə arasında sərhədlərin delimitasiyası məsələsinin də müzakirə olunduğunu qeyd edib. E. Məmmədyarov 2016-ci ildə bu məsələ ilə bağlı İşçi Qrupunun iclasının olacağını vurğulayıb.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana noyabrın 6-na nəzərdə tutulan səfəri ilə bağlı məsələlər də müzakirə olunub.

Öz növbəsində, G.Kvirikaşvili Gürcüstanın coğrafi mövqeyini nəzərə alaraq, ölkəsinin nəqliyyat və enerji layihələrinin həyata keçirilməsində maraqlı olduğunu qeyd edib. O, həmçinin Türkiyə-Azərbaycan-Gürcüstan formatında dialoqun inkişafında ölkəsinin maraqlı olduğunu bildirib. Giorgi Kvirikaşvili azərbaycanlı həmkarı Elmar Məmmədyarovu Gürcüstana rəsmi səfərə dəvət edib. 

Son xəbərlər

Orphus sistemi