Xələf Xələfov: "Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsi əməkdaşlığın əsas prinsipini müəyyənləşdirir"

Xələf Xələfov: "Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsi əməkdaşlığın əsas prinsipini müəyyənləşdirir" "Sonrakı mərhələdə bu Konvensiya dövlətdaxili, o cümlədən texniki prosedurlardan keçiriləcək"
Xarici siyasət
6 Dekabr , 2017 17:16
Xələf Xələfov: Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsi əməkdaşlığın əsas prinsipini müəyyənləşdirir
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov / Report/ Orkhan Azim

Bakı. 6 dekabr. REPORT.AZ/ "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi çərçivə xarakteri daşıyır, Xəzəryanı ölkələr arasında əməkdaşlıq prinsipini, eləcə də onların hüquqlarını müəyyənləşdirir. Bu Konvensiya bütün ölkələrə bərabər münasibəti, eləcə də ölkələr arasında əməkdaşlıq prinsiplərini göstərir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov dekabrın 5-də Moskvada keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 7-ci görüşünün yekunlarını şərh edərkən deyib.

"Lavrovun bəyanatında qeyd olunur ki, danışıqlar uğurla başa çatıb və Konvensiya razılaşdırılıb. Sonrakı mərhələdə bu Konvensiya dövlətdaxili, o cümlədən texniki prosedurlardan keçiriləcək. Növbəti sammitdə isə sənəd imzalanması üçün dövlət başçılarına təqdim oluna bilər", - X.Xələfov vurğulayıb.

O əlavə edib ki, Azərbaycan nümayəndə heyətinin məqsədi strateji maraqlara, neft strategiyasına, mehriban qonşuluq prinsiplərinə riayət etmək olub.

Son xəbərlər

Orphus sistemi