Azərbaycan XİN: Xədicə İsmayılovanın məhkəməsinin işinə müdaxiləni qəti şəkildə qınayırıq

Azərbaycan XİN: Xədicə İsmayılovanın məhkəməsinin işinə müdaxiləni qəti şəkildə qınayırıq “Qanunla hər bir vətəndaşın məhkəmə qərarlarından apellyasiya qaydasında müraciət hüququ təsbit edilib”
Xarici siyasət
2 Sentyabr , 2015 11:31
Azərbaycan XİN: Xədicə İsmayılovanın məhkəməsinin işinə müdaxiləni qəti şəkildə qınayırıq

Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Xədicə İsmayılova barəsində çıxarılmış məhkəmə qərarı ilə əlaqədar ABŞ Dövlət Departamenti, Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri, Avropa İttifaqı və digər təşkilatların bəyanatlarına cavab verib.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Report”a açıqlamasında xatırladıb ki, Xədicə İsmayılova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək, 1 sentyabr 2015-ci il tarixində birinci instansiya məhkəməsi tərəfindən barəsində ittiham hökmü çıxarılıb: “Xədicə İsmayılova ilə əlaqədar olan məhkəmənin işinə müdaxilə, məhkəmə qərarının siyasiləşdirilməsi və onun mahiyyətinin təhrif edilməsi cəhdlərini, eləcə də sırf hüquqi müstəvidə olan bu məsələyə siyasi bəyanatlar formasında olan münasibətləri qəti şəkildə qınayır və qəbuledilməz hesab edirik. Təəssüflər olsun ki, Xədicə İsmayılovaya qarşı irəli sürülən ittihamlar hələ istintaq mərhələsində olanda belə istintaqın işinə müdaxilə, istintaqa təzyiq göstərilməsi və ona siyasi don geyindirilməsi kimi qərəzli yanaşma özünü göstərirdi. Bu kimi cəhdlər Azərbaycan Respublikasının suverenliyinə birbaşa müdaxilə kimi qiymətləndirilir.

Xarici İşlər Nazirliyi tərəfindən dəfələrlə bildirilib ki, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin müstəqilliyi və qanunun aliliyi tam şəkildə təmin olunub. Məhkəmənin çıxardığı qərarlara hörmətlə yanaşılmalıdır.

Qanunla hər bir vətəndaşın məhkəmə qərarlarından apellyasiya qaydasında müraciət hüququ təsbit edilib”.

Son xəbərlər

Orphus sistemi