Vorobyov: “Bakı Cənubi Qafqazda və Xəzərdə sabitliyə mühüm töhfə verir”

Vorobyov: “Bakı Cənubi Qafqazda və Xəzərdə sabitliyə mühüm töhfə verir” “Azərbaycan nəqliyyat-logistika və iqtisadi potensialına görə MDB-də mühüm rol oynayır. Bakı Cənubi Qafqazda və Xəzərdə sabitliyin qorunmasına mühüm töhfə verir, ən böyük MDB ölkələri, o cümlədən Rusiya üçün əhəmiyyətli siyasi, iqtisadi və humanitar tərəfdaşdır”.
Xarici siyasət
3 İyun , 2020 16:35
Vorobyov: “Bakı Cənubi Qafqazda və Xəzərdə sabitliyə mühüm töhfə verir”

“Azərbaycan nəqliyyat-logistika və iqtisadi potensialına görə MDB-də mühüm rol oynayır. Bakı Cənubi Qafqazda və Xəzərdə sabitliyin qorunmasına mühüm töhfə verir, ən böyük MDB ölkələri, o cümlədən Rusiya üçün əhəmiyyətli siyasi, iqtisadi və humanitar tərəfdaşdır”.

Bunu “Report”un Rusiya bürosuna müsahibəsində Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın Tədqiqatı Mərkəzinin elmi əməkdaşı Aleksandr Vorobyov deyib.

MDB ölkələri hökumət başçılarının videokonfrans formatındakı görüşünün nəticələrini şərh edən ekspert qeyd edib ki, iştirakçıların müzakirə etdiyi postsovet məkanında bütün ticarət maneələrinin aradan qaldırılması Birlik ölkələrinin fərqli maraqları səbəbi ilə azehtimallıdır.

“Həm də ona görə ki, MDB daxilində qəbul edilən qərarların əsasən icra gücü və aydın icra mexanizmləri olmur. Bununla belə, bu cür müzakirələr düzgün istiqamətdə atılan addımdır. Ticarət məhdudiyyətlərinin heç olmasa, bir hissəsi aradan qaldırılsa və iştirakçılar bunu qəbul eləsə, bu, irəliləyiş olacaq”, - A.Vorobyov bildirib.

“Düşünürəm ki, ümumilikdə MDB-də azad iqtisadi zonanın yaradılması Azərbaycanın maraqlarına cavab verir. Üstəlik, böhran dövrlərində bazar kiçilmək tendensiyası nümayiş etdirir. Azərbaycanın qonşularına təklif edəcəyi çox şey var. Amma eyni zamanda inkişaf etmiş sənayesi və istehlak malları istehsalı olan digər ölkələrdən mal axınına hazır olmaq lazımdır. Yenə də Azərbaycan istehlakçıları bundan yalnız qazanacaq”, - rusiyalı ekspert fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi