Vladimir Putin: "Azərbaycan beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır"

Vladimir Putin: "Azərbaycan beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır" Azərbaycan sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır.
Xarici siyasət
27 May , 2019 18:41
Vladimir Putin: Azərbaycan beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır

"Azərbaycan sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır".

"Report"un xəbərinə görə, bu fikirlər Rusiya Prezidenti Vladimir Putinin Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubunda yer alır.

Məktubda daha sonra deyilir: "Rusiyada Azərbaycan ilə strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirirlər. Əminəm ki, biz bütün sahələrdə səmərəli ikitərəfli əlaqələri, regional sabitliyin və təhlükəsizliyin təmin edilməsində konstruktiv qarşılıqlı fəaliyyəti birgə səylərimizlə bundan sonra da uğurla inkişaf etdirəcəyik. Heç şübhəsiz ki, bu, dost xalqlarımızın əsas mənafelərinə uyğundur".

Son xəbərlər

Orphus sistemi