Viktor Yuşenkonun həyat yoldaşı: "Bakı Qlobal Forumu yüksək səviyyədə təşkil edilib"

Viktor Yuşenkonun həyat yoldaşı: "Bakı Qlobal Forumu yüksək səviyyədə təşkil edilib" "Nizami Gəncəvi Mərkəzi həmişə lazımi anda və maraqlı tədbirlər keçirir"
Xarici siyasət
21 Avqust , 2017 10:25
Viktor Yuşenkonun həyat yoldaşı: Bakı Qlobal Forumu yüksək səviyyədə təşkil edilib

Bakı. 21 avqust. REPORT.AZ/ "Qlobal Gənc Liderlər Forumunda 18 yaşlı qızımla iştirak edirəm və Azərbaycannın necə gözəl olduğunu ona göstərə bildiyimə görə şadam".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Ukraynanın keçmiş prezidenti Viktor Yuşenkonun həyat yoldaşı Katerina Yuşenko deyib.

Forumun əhəmiyyətindən danışan K.Yuşenko belə tədbirin keçirilməsinin əla ideya olduğunu bildirib. Onun sözlərinə görə, belə tədbirlərdə istedadlı gənclər mühüm liderlik təcrübəsi qazana bilərlər.

Xanım Yuşenko həmçinin Azərbaycanın tədbir təşkilatçılığını yüksək qiymətləndirib: "Nizami Gəncəvi Mərkəzi həmişə lazımi anda və maraqlı tədbirlər keçirir".

Qeyd edək ki, bu gün Bakıda işinə başlayan və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Gənc Liderlər Forumunda dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısı, o cümlədən iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq iştirak edir. Forum avqustun 24-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi