Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibinin Azərbaycana səfər proqramı açıqlanıb

Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibinin Azərbaycana səfər proqramı açıqlanıb Onun Azərbaycan xarici işlər naziri və digər yüksək rəsmi şəxslərlə görüşü planlaşdırılır
Xarici siyasət
9 Fevral , 2018 12:41
Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibinin Azərbaycana səfər proqramı açıqlanıb

Bakı. 9 fevral. REPORT.AZ/ Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Gallagher fevralın 9-12-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Paul Riçard Gallagherin səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü, Fəxri və Şəhidlər xiyabanlarını, Müqəddəs Məryəm Katolik Kilsəsi, Təzəpir məscidini ziyarət etməsi və başqa tədbirlərin təşkili planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi