Valdis Zatlers: "Bakı Forumu əsas qlobal problemlər haqqında fikir mübadiləsi aparmaq üçün uğurlu platformadır"

Valdis Zatlers: "Bakı Forumu əsas qlobal problemlər haqqında fikir mübadiləsi aparmaq üçün uğurlu platformadır" "Bu gün Bakıya çoxlu sayda siyasətçi, ictimai xadim toplaşıb"
Xarici siyasət
16 Mart , 2017 12:10
Valdis Zatlers: Bakı Forumu əsas qlobal problemlər haqqında fikir mübadiləsi aparmaq üçün uğurlu platformadır

Bakı. 16 mart. REPORT.AZ/ "Qlobal Bakı Forumu əsas qlobal problemlər haqqında fikir mübadiləsi aparmaq üçün uğurlu platformadır".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Latviyanın keçmiş prezidenti Valdis Zatlers deyib.

"Qlobal Bakı Forumu ənənəyə çevrilib, hazırda o, çox uğurludur. Bakı Forumu fikir mübadiləsi üçün platformadır. Bu gün qlobal problemləri müzakirə etmək üçün Bakıya çoxlu sayda siyasətçi, ictimai xadim toplaşıb. Baxmayaraq ki, bunu etmək daha da çətinləşib", - deyə V.Zatlers bildirib.

Son xəbərlər

Orphus sistemi