UNDP rəhbəri BMT ölkələri üçün əsas problemləri açıqladı

UNDP rəhbəri BMT ölkələri üçün əsas problemləri açıqladı “Dünya bu gün bir çox, o cümlədən münaqişə baxımından problemlərlə üzləşir. Qlobal təhdidlərə qarşı mübarizə aparmaq üçün BMT-ni daha çox dəstəkləməli və gücləndirməliyik”.
Xarici siyasət
28 Fevral , 2020 12:57
UNDP rəhbəri BMT ölkələri üçün əsas problemləri açıqladı
Alessandro Frakasseti / Report / Sultana Ahmadbayli

“Dünya bu gün bir çox, o cümlədən münaqişə baxımından problemlərlə üzləşir. Qlobal təhdidlərə qarşı mübarizə aparmaq üçün BMT-ni daha çox dəstəkləməli və gücləndirməliyik”.

“Report” xəbər verir ki, bunu ADA Universitetinin prorektoru Fariz İsmayılov BMT-nin 75 illiyinə həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, hazırda dünyada çox sayda proses, o cümlədən qloballaşma fonunda milli suverenliyin möhkəmləndirilməsinə yönəlmiş proseslər gedir.

BMT İnkişaf Proqramının (UNDP) rəhbəri Alessandro Frakasseti də kəskin dəyişikliklər və mürəkkəb çağırışlar aləmində yaşadığımızı bildirib.

“Əvvəlkindən daha çox səy göstərməliyik. Qlobal problemlərə birgə cavab vermək üçün beynəlxalq əməkdaşlığı daha da möhkəmləndirməliyik. İlk problem iqlim dəyişikliyi, qlobal istiləşmə ilə əlaqəli dəniz səviyyəsinin yüksəlməsidir. Demoqrafik dəyişikliklər ikinci ən vacib məsələdir. Əsrin sonuna qədər dünya əhalisi 11 milyard nəfərə qədər artacaq. Üçüncü problem gəncliyə qarşı zorakılıqdır. Dördüncüsü, bu dünyanı daha ədalətli məkana çevirməyə kömək edəcək informasiya texnologiyalarıdır. Onları hansı istiqamətdə tətbiq edə biləcəyimizi, onların hansı potensiala və gücə sahib olduqlarını müəyyənləşdirməliyik”, - A.Frakasseti söyləyib.

Son xəbərlər

Orphus sistemi