Ukrayna prezidentinin şərəfinə Bakıda rəsmi ziyafət verilib

Ukrayna prezidentinin şərəfinə Bakıda rəsmi ziyafət verilib Dövlət başçıları ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin tarixi ənənələrə malik olduğunu vurğulayıblar
Xarici siyasət
14 İyul , 2016 19:51
Ukrayna prezidentinin şərəfinə Bakıda rəsmi ziyafət verilib

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenkonun şərəfinə iyulun 14-də Prezident İlham Əliyevin adından rəsmi ziyafət təşkil edilib. 

"Report"un məlumatına görə, dövlət başçıları ziyafətdə çıxış ediblər.

Mərasimdə Ukrayna prezidentinin ölkəmizə səfərinin münasibətlərimizin inkişafına təkan verəcəyi vurğulanıb. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimizin perspektivlərinin müzakirəsi baxımından bu səfərin yaxşı imkan yaratdığı bildirilib. Müasir Azərbaycanın inkişafında ulu öndər Heydər Əliyevin xidmətləri və ümummilli liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi qeyd olunub.

Dövlət başçıları ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin tarixi ənənələrə malik olduğunu vurğulayıblar. Mərasimdə Bakıda gedən inkişaf proseslərinin Ukrayna nümayəndə heyətinin üzvlərində dərin təəssürat yaratdığı bildirilib.

Son xəbərlər

Orphus sistemi