Ukrayna Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb - FOTO

Ukrayna Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb - FOTO Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycan Respublikasına rəsmi səfəri dekabrın 17-də başa çatıb.
Xarici siyasət
17 Dekabr , 2019 22:34
Ukrayna Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb - FOTO

Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycan Respublikasına rəsmi səfəri dekabrın 17-də başa çatıb.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Ukrayna Prezidenti Vladimir Zelenskini və xanımı Yelena Zelenskayanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.

Son xəbərlər

Orphus sistemi