"Ukrayna Azərbaycanda fəxri konsulluq açmağı planlaşdırır".
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ukrayna səfirliyi Azərbaycanda bir sıra, o cümlədən iqtisadi-ticarət əlaqələri sahəsində layihələr həyata keçirmək, yəni Ukraynanın fəxri konsulluğunu açmaq niyyətindədir.
"Bu, əlaqələrimizi genişləndirməyə yardım edəcək. Artıq konsul vəzifəsinə namizədlər də var", - V.Kanevski söyləyib.