Türkiyənin yeni baş naziri Azərbaycana səfər edəcək

Türkiyənin yeni baş naziri Azərbaycana səfər edəcək Davudoğlu Cənubi Qafqaz boru kəmərinin genişləndirmə layihəsi çərçivəsində təməl atma mərasimində iştirak edəcək
Xarici siyasət
9 Sentyabr , 2014 16:00
Türkiyənin yeni baş naziri Azərbaycana səfər edəcək

Bakı. 9 sentyabr. REPORT. AZ/ Türkiyənin yeni təyin olunan baş naziri Əhməd Davudoğlu sentyabr ayının 19-20-də Azərbaycana gələcək. Report trthaber.com-a istinadən xəbər verir ki, Bakıya səfərdən əvvəl  baş nazir Əhməd Davudoğlu sentyabr ayının 16-da Şimali Kipr Türk Respublikasına səfər edəcək. 

Azərbaycana səfəri çərçivəsində Türkiyənin baş naziri Cənubi Qafqaz qaz kəmərinin genişləndirmə layihəsi çərçivəsində təməlatma mərasimində iştirak edəcək. Mərasim sentyabr ayının 20-də Səngəçal terminalında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi