Bakı. 19 iyul. REPORT.AZ/ Türkmənistan prezidenti Qurbanqulu Berdimuhamedov Azərbaycana rəsmi səfərə gələcək.
"Report" xəbər verir ki, bunu Türkmənistanın xarici işlər naziri Rəşid Meredov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə deyib.
Nazir qeyd edib ki, səfərin yaxın zamanda baş tutması planlaşdırılır.