Türkmənistan Azərbaycanla hökumətlərarası komissiyanın tərkibini təsdiqlədi

Türkmənistan Azərbaycanla hökumətlərarası komissiyanın tərkibini təsdiqlədi Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Türkmənistan tərəfinin Azərbaycanla tərəfdaşlıq üzrə hökumətlərarası komissiyadakı tərkibi barədə fərman imzalayıb.
Xarici siyasət
17 Mart , 2020 11:38
Türkmənistan Azərbaycanla hökumətlərarası komissiyanın tərkibini təsdiqlədi

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Türkmənistan tərəfinin Azərbaycanla tərəfdaşlıq üzrə hökumətlərarası komissiyadakı tərkibi barədə fərman imzalayıb.

“Report” Türkmənistan KİV-inə istinadən xəbər verir ki, fərmanın imzalanması hökumətin növbəti iclası zamanı baş tutub.

Qeyd olunur ki, Baş nazirin müavini Çarı Qılıcov bu komissiyanın həmsədri təyin olunub.

Türkmənistan lideri qeyd edib ki, Azərbaycan və Türkmənistan xalqları arasındakı münasibətlər əsrlər boyu dostluq və mehriban qonşuluq xüsusiyyətlərinə sadiq qalıb.

“Mədəniyyətimizdə, adət-ənənələrimizdə, tariximizdə və mənəvi dəyərlərimizdə ortaq çox şey var. Hətta bu gün hər iki dövlətin həm iqtisadi, həm də nəqliyyat-rabitə sektorunda çox böyük həcmdə qaynaqları, böyük potensialı var. Mövcud imkanlardan istifadə yalnız bu iki ölkəyə yox, bütünlükdə dünya birliyinə faydalı olacaq və davamlı inkişafa töhfə verəcək”, - Türkmənistan dövlət başçısı söyləyib.

Xatırladaq ki, ötən həftə Türkmənistan lideri Azərbaycana rəsmi səfər edib və bu müddət ərzində iki dövlət arasında bir sıra sənədlər imzalanıb.

Son xəbərlər

Orphus sistemi