Türkiyənin Azərbaycandakı səfiri jurnalistlərlə görüşüb

Türkiyənin Azərbaycandakı səfiri jurnalistlərlə görüşüb "Azərbaycan daim Türkiyəyə dəstək verib"
Xarici siyasət
20 İyul , 2017 16:43
Türkiyənin Azərbaycandakı səfiri jurnalistlərlə görüşüb
Report.az

Bakı. 20 iyul. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərlə görüşüb.

"Report"un xəbərinə görə, səfir iyulun 11-17-də Ankarada səfərdə olan media nümayəndələrinin təəssüratını öyrənib.
Jurnalistlər səfər proqramından razılıqlarını ifadə ediblər. 

Səfir Erkan Özoral media nümayəndələrinə təşəkkür edib. O deyib ki, Azərbaycanın gücü Türkiyənin gücüdür: "Yetər ki, birlikdə olaq. Azərbaycan daim Türkiyəyə dəstək verib. Azərbaycanın da problemi Türkiyənin problemidir".

O, 2016-cı ilin iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhdin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı deyil, türk xalqına, cümhuriyyətinə qarşı yönəldiyini vurğulayıb.

Səfir sonda jurnalistlərlə xatirə şəkli çəkdirib.

Qeyd edək ki, iyulun 11-17-də ötən il iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddən bir il ötməsi münasibətilə 350-yə yaxın xarici media nümayəndəsi Türkiyədə səfərdə olub.

Son xəbərlər

Orphus sistemi