Türkiyədən 26 Azərbaycan vətəndaşı təxliyə olunur

Türkiyədən 26 Azərbaycan vətəndaşı təxliyə olunur Türkiyədə qalan26 Azərbaycan vətəndaşı Gürcüstan vasitəsilə Vətənə təxliyə olunur.
Xarici siyasət
13 İyul , 2020 11:22
Türkiyədən 26 Azərbaycan vətəndaşı təxliyə olunur
0 : 00
0 : 00

Türkiyədə qalan 26 Azərbaycan vətəndaşı Gürcüstan vasitəsilə Vətənə təxliyə olunur.

Bu barədə “Report”un Gürcüstan bürosuna Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib.

Hazırda vətəndaşlar Gürcüstan ərazisinə "Sarpi" sərhəd-keçid məntəqəsindən daxil olurlar. Onlar koronavirusla bağlı Türkiyədə testdən keçiblər və arayış əldə ediblər.

Həmin şəxslərin səfirliyin dəstəyi ilə bu gün ərzində "Qırmızı körpü" sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbayacana keçməsi təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi