Türkiyə səfirliyi Ermənistana yardımla bağlı iddialara cavab verdi

Türkiyə səfirliyi Ermənistana yardımla bağlı iddialara cavab verdi Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi Ankaranın koronavirusla bağlı Ermənistana humanitar yardım göndərdiyi barədə məlumatlara münasibət bildirib.
Xarici siyasət
13 Aprel , 2020 14:15
Türkiyə səfirliyi Ermənistana yardımla bağlı iddialara cavab verdi
0 : 00
0 : 00

Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi Ankaranın koronavirusla bağlı Ermənistana humanitar yardım göndərdiyi barədə məlumatlara münasibət bildirib.

Diplomatik nümayəndəlikdən "Report"a bildirilib ki, bu informasiyalar həqiqəti əks etdirmir. 

“Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildiririk ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bunun xaricində hər hansısa yardım göstərilməyib”, - səfirlikdən qeyd olunub.

Son xəbərlər

Orphus sistemi