Bakı. 2 may. REPORT.AZ/ "Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyənin yenidən monitorinq prosesi altına alması barədə qərarını tanımırıq".
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Onun sözlərinə görə, bu qərar siyasi xarakterlidir və onun arxasında digər məqsədlər dayanır: "Bu qərarın bizim üçün heç bir qüvvəsi yoxdur. Türkiyənin rəsmi qurumları, prezidentimiz, baş nazirimiz bu məsələ ilə bağlı mövqelərini bildiriblər və bu qərarı qınayıblar".