​Türkiyə prezidentinin Azərbaycana səfəri təxirə salınıb

​Türkiyə prezidentinin Azərbaycana səfəri təxirə salınıb Səfər fevralın 18-nə nəzərdə tutulmuşdu
Xarici siyasət
17 Fevral , 2016 23:37
​Türkiyə prezidentinin Azərbaycana səfəri təxirə salınıb

Bakı. 17 fevral. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 18-də Azərbaycana planlaşdırılan səfərini təxirə salıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, prezidentə yaxın mənbələrdən verilən məlumata görə, Ərdoğan axşam saatlarında Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək Ankaradakı terror aktından sonra Bakıya səfərinin başqa bir tarixə təxirə salınmasının uyğun olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi