​Türkiyə prezidenti: "Biz də işğal altında olan Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə Azərbaycanın yanında olacağıq"

​Türkiyə prezidenti: "Biz də işğal altında olan Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə Azərbaycanın yanında olacağıq" Ərdoğan: "Qardaşım İlham Əliyev "biz gələk, Bakıda deyil, Ankarada görüşək" dedi və gəldi"
Xarici siyasət
15 Mart , 2016 15:58
​Türkiyə prezidenti: Biz də işğal altında olan Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə Azərbaycanın yanında olacağıq

Bakı. 15 mart. REPORT.AZ/ "Azərbaycanlı qardaşlarıma göstərdikləri diqqətə görə təşəkkürümü bildirirəm. Azərbaycan həm də qara günün dostu olduğunu bir daha göstərir. Qardaşım İlham Əliyev "biz gələk, Bakıda deyil, Ankarada görüşək" dedi və gəldi".

"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi məbuat konfransında bildirib.

"İlham Əliyev başda olmaqla, bütün azərbaycanlı qardaşlarımıza təşəkkür edirik. Biz də işğal altında olan Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə Azərbaycanın yanında olacağıq", - deyə o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi