Türkiyə parlamenti sədrinin Azərbaycana səfərinin tarixi məlum olub

Türkiyə parlamenti sədrinin Azərbaycana səfərinin tarixi məlum olub Bakı. 1 mart. REPORT.AZ/ Türkiyə Böyük Məclisinin sədri Mustafa Şentopun Azərbaycana səfərinin tarixi məlum olub.
Xarici siyasət
1 Mart , 2019 11:52
Türkiyə parlamenti sədrinin Azərbaycana səfərinin tarixi məlum olub

Bakı. 1 mart. REPORT.AZ/ Türkiyə Böyük Məclisinin sədri Mustafa Şentopun Azərbaycana səfərinin tarixi məlum olub.

"Report" diplomatik mənbəyə istinadən xəbər verir ki, səfər martın 5-7-də reallaşacaq.

Səfər zamanı M.Şentop Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Qeyd edək ki, bu, M.Şentopun Türkiyə Böyük Millət Məclisinin sədri təyin olunduqdan sonra xarici ölkəyə ilk səfəridir.

Son xəbərlər

Orphus sistemi