Türkiyə müdafiə nazirinin müavini Bakıya gələcək

Türkiyə müdafiə nazirinin müavini Bakıya gələcək Bakı. 8 mart. REPORT.AZ/ Türkiyə müdafiə nazirinin müavini Şuay Alpay Azərbaycana üçgünlük səfər edəcək. 
Xarici siyasət
8 Mart , 2018 11:37
Türkiyə müdafiə nazirinin müavini Bakıya gələcək

Bakı. 8 mart. REPORT.AZ/ Türkiyə müdafiə nazirinin müavini Şuay Alpay Azərbaycana üçgünlük səfər edəcək. 

"Report" xəbər verir ki, səfərdə məqsəd Bakıda 5 ölkənin deputatları arasında keçiriləcək beynəlxalq futbol turnirində iştirak etməkdir. 

Ş.Alpay Türkiyəni təmsil edəcək komandanın heyətində yarışacaq.

Qeyd edək ki, Bakıda ilk dəfə olaraq 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək. Martın 9-11-də baş tutacaq futbol yarışı Azərbaycan parlamentinin yaradılmasının 100 illiyinə həsr olunub. Turnir Milli Məclisinin Gənclər və idman komitəsinin təşəbbüsü və ölkə parlamentinin dəstəyi ilə həyata keçiriləcək. Yarışda Azərbaycan Milli Məclisinin, Türkiyənin idman və gənclər naziri başda olmaqla Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının Gənclər siyasəti, idman və turizm komitəsinin sədri başda olmaqla Ukrayna Ali Radasının, Polşa Seyminin Fiziki mədəniyyət, idman və turizm komitəsinin sədri başda olmaqla Polşa Seyminin və Latviya Seyminin parlament komandaları iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi