Tbilisidə GUAM PA-nın 10-cu sessiyası başlayıb

Tbilisidə GUAM PA-nın 10-cu sessiyası başlayıb İki gün davam edəcək sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edir
Xarici siyasət
18 Dekabr , 2017 10:01
Tbilisidə GUAM PA-nın 10-cu sessiyası başlayıb
Report

Tbilisi. 18 dekabr. REPORT.AZ/ Tbilisidə GUAM (Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat) Parlament Assambleyasının 10-cu sessiyası başlayıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, toplantıda əvvəlcə sessiyanın gündəliyi təsdiqlənib.

İclasda regional təhlükəsizliyə birgə yanaşma, transsərhəd cinayətkarlığa qarşı mübarizə, dayanıqlı gələcək üçün birgə səylərin artırılması məsələləri müzakirə olunacaq, sessiyanın yekun sənədləri qəbul olunacaq. 

İki gün davam edəcək sessiyada Azərbaycan Milli Məclisinin GUAM PA-dakı nümayəndə heyətinin rəhnəri Azər Kərimli, deputat Əli Məsimli, Azərbaycanın Gürcüstandakı səfiri və digər rəsmi şəxslər iştirak edirlər.

Qeyd edək ki, GUAM PA-da sədrlik rotasiya qaydasında Gurcüstandan Moldovaya keçəcək.

Son xəbərlər

Orphus sistemi