Tbilisidə Azərbaycan və Gürcüstan XİN başçıları arasında görüş keçirilib

Tbilisidə Azərbaycan və Gürcüstan XİN başçıları arasında görüş keçirilib "Görüşdə tərəflər iki ölkə arasındakı dostluq münasibətlərini müzakirə edib"
Xarici siyasət
26 Noyabr , 2015 17:52
Tbilisidə Azərbaycan və Gürcüstan XİN başçıları arasında görüş keçirilib

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana səfəri çərçivəsində Tbilisidə gürcüstanlı həmkarı Giorgi Kvirikaşvili ilə görüşüb.

"Report"a Gürcüstan XİN-ə istinadən xəbər verir ki, görüş Tbilisidə keçirilən "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin VI qeyri-rəsmi toplantısı çərçivəsində baş tutb.

"Görüşdə Azərbaycan və Gürcüstan münasibətlərinin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regionda və dünyada baş verən proseslər barədə fikir mübadiləsi aparılıb", - nazirliyin məlumatında deyilir.

Eyni zamanda, nazirlər iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi