Bakı. 1 oktyabr. REPORT.AZ/ "Azərbaycanın ənənəvi olaraq Tatarıstanla sıx ticari-iqtisadi və humanitar əlaqələri mövcuddur".
"Report" xəbər verir ki, bu barədə Yekaterinburqda VI Azərbaycan-Rusiya regionlararası forumunda çıxış edən Tatarıstanın baş naziri İldar Xalikov bildirib.
"Buna 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərən Tatarıstan respublikasının daimi nümayəndəliyinin olması öz töhfəsini verir. KAMAZ, Kazan vertolyot zavodu və "Nijnekamskneftexim" kimi şirkətlər Azərbaycanın uzunmüddətli tərəfdaşlarıdır", - hökumət başçısı bildirib.
Onun sözlərinə görə, Tatarıstan hazırda Azərbaycanla bir sıra birgə layihələri həyata keçirir.
"Sevindirici haldır ki, biz farmaseptika sahəsində əməkdaşlıq edirik. Hazırda Azərbaycan
"Təxminən bir həftədən sonra, oktyabrın 7-də Azərbaycanın ən iri təbii şirə istehsal edən şirkəti Kazanda zavod və logistika mərkəzinin inşasına başlayacaq", - o deyib.