Tailandın Bakıdakı fəxri konsulluğunda dövlət bayrağı endirilib

Tailandın Bakıdakı fəxri konsulluğunda dövlət bayrağı endirilib Diplomatik nümayəndəlik xatirə kitabının açılması haqqında təlimat gözləyir
Xarici siyasət
14 Oktyabr , 2016 11:36
Tailandın Bakıdakı fəxri konsulluğunda dövlət bayrağı endirilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Tailand kralı Phumipon Adulyadetanın vəfat etməsi ilə əlaqədar Krallığın Azərbaycandakı fəxri konsulluğunda dövlət bayrağı yarıya qədər endirilib.

Bu barədə "Report"a Tailandın fəxri konsulluğundan məlumat verilib.

Eyni zamanda, qeyd olunub ki, diplomatik nümayəndəlik xatirə kitabının açılması haqqında təlimat gözləyir.

Xatırladaq ki, Tailand kralı Phumipon Adulyadet dünən 89 yaşında vəfat edib. IX Rama kimi də tanınan mərhum taxt-tac sahibi səltənətin başına 1946-cı il iyunun 9-dan keçib və ən uzunmüddətli idarəçi kimi dünyada rekordçu olub. Taxt-tacın yeni varisi mərhum kralın oğlu Maha Vaciralonqkorndur.

Qeyd edək ki, kralın ölümü ilə əlaqədar Tailandda məmurlar üçün 1 illik, adi vətəndaşlar üçün isə 30 günlük matəm elan olunub.

Son xəbərlər

Orphus sistemi